HAQQIMIZDA
Dövlətimiz ölkəmizin dünya miqyasında tanınması, həmçinin Azərbaycan imicinin formalaşması istiqamətində həm ölkədaxili, həm də xaricdə silsilə tədbirlər həyata keçirir ki, bütün bunlar uşaqlarda və gənclərdə vətənpərvərlik ruhunun, intelektual səviyyənin, idman və bədii zövqün formalaşması istiqamətində öz tövhəsini verir və şübhəsiz ki, bütün bunlar mükəmməl bir gəncliyin əlalxüsus cəmiyyətin formalaşmasına xidmət edir.

Başlanğıc
Rəsm əsəri bir zövq göstəricisidir…
Evlərində, ofislərində, bağ evlərində asılan əsərlər zövq oxşamalı, nostalji hissı yaratmalıdır. Hər bir əsərə baxanda həm rəssam, həm əsərin sahibi, həmdə əldə edildiyi qalereya diqqət çəkir. Çünki qalereya rəssamla alıcı arasında vasitə rolunu oynayır.
Kollektiv işin əsasıdır…
Əsasən gənclərdən ibarət olan kollektivimiz bir neçə kateqoriyaya ayrılır ki, bunlar sifarişi qəbul edən, işin ilkin hazırlığını həyata keçirən və sifarişi tamamlanması ilə məşğul olan. İstər usta heyyəti, istərsə də mərkəzimizin qonaqları ilə ilgilənən heyyətin əksəriyyəti 10 ildən artıqdır ki, bizimlədirlər. Buda bizə hər işin öhtəsindən gələ bilən çox əzmkar, zəhmətkar, gülərüz, xoşniyyətli, səmimi bir kollektivimiz var deməyə əsas verir. Əlbətdə ki, bu cəmiyyətdə formalaşmış fikirdir.
Sənət Mərkəzi obrazı…
Mərkəzimizə həm ziyarətçi qismində, həm də alıcı kimi xarici turistlər,şəhərimizin qonaqları, sənətsevərlər və o cümlədən, həmvətənlərimiz təşrif buyururlar. Müxtəlif sərgilərin və mədəniyyət tədbirlərinin təşkili, rəsm əsərlərinə maraq yaratmaq üçün müxtəlif təşkilatlarla əlaqəli iş mərkəzə gələnlərin sayını günü-gündən artırır. Qeyd emək olar ki, mərkəzə təşkil olunan ekskursiyalar da uşaqların estetik və bədii təfəkkürünün formalaşmasına böyük təkan verir.
Ölkəmizə turistlərin axını mərkəzdən də yan keçməmişdir. Turistlərin buraya cəlb olunması, indi mərkəz kollektivinin ən ümdə vəzifələrindən biridir. Burada qədim əşya, milli suvenir, heykəl, rəsm əsəri, milli poster, çərçivə sifarişi, rəssamlıq ləvazimatlarının bir məkanda olması bir sənət mərkəzi obrazını formalaşdırır.
